Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Yay mövsümü yeni başlasa da, bazarlarda qarpıza maraq artıb. Alıcıların bir qismi deyir ki, son günlər demək olar hər gün qarpız alırlar.

Referans Media  “xezerxeber.az”a istinadla xəbər verir ki, satıcıların bildirdiyinə görə hazırda bazarlara əsasən Sabirabaddan gətirilən yerli qarpız çıxarılır.

İsti hava və dəniz mövsümünün başlaması satışların artmasına səbəb olub.

Satıcıların sözlərinə görə, yaxın günlərdə bazara məhsulun daha da çox çıxacağı gözlənilir. Bu isə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki