image-pasi4backend

Ermənistanda benzin Azərbaycanın hesabına ucuzlaşıb – Paşinyan

Azərbaycandan Ermənistana benzin idxalı ölkə bazarında yanacaq qiymətinin 15% ucuzlaşmasına səbəb olub.

Referans Media armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bildirib.

O bildirib: “2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunmağa başlayıb. Azərbaycandan əsasən “Premium” markalı benzin idxal olunur. Ermənistan bazarında bu növ benzinin qiyməti 15% ucuzlaşıb”.

Paşinyan dəqələşdirib ki, 1 litr üçün qiymət 510 dram əvəzinə 430 dramdır.

Baş nazir qeyd edib ki, 2 gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı idxal olunub:

“Dizel yanacağı 2% ucuzlaşıb. “Regular” markalı benzinin qiyməti də dekabrla müqayisədə təxminən 8% azalıb (əvvəllər 500 dram, indi 460 dram). Bu, sülh gündəliyinin nəticələri və faydalarıdır”./”Yeni Sabah”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki