backend

Ev heyvanları sahiblərinin diqqətinə! Yanvar ayından QONŞU ÖLKƏDƏ yeni qanun qüvvəyə minir

2026-cı il yanvarın 1-dən “Ev heyvanları haqqında” qanun mərhələli şəkildə qüvvəyə minir.

Referans Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Heyvanların Monitorinqi Agentliyinin məlumatına görə, yeni qanunvericiliyə əsasən, ilk mərhələdə heyvan sahibinin öhdəlikləri bunlardır:

– Heyvan xəstələndiyi halda onu baytarlıq müəssisəsinə aparmaq;

– Dişləmə–cırmaqlama–tüpürcək yolu ilə zədələmə halı baş verərsə, Agentliyi məlumatlandırmaq və heyvanı təcrid olunmuş şəkildə baytarlıq nəzarətinə cəlb etmək;

– İctimai ərazinin çirkləndirilməsi halında dərhal təmizlənməsini təmin etmək;

– Heyvanın digər şəxslərə vurduğu ziyanın ödənilməsini həyata keçirmək;

– Heyvanın tələf olması halında, onun daşınmasını Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş qaydada təmin etmək.

Heyvanların baxımı və saxlanılma qaydalarının pozulmasına dair nəzərdə tutulan tənzimləmələr bir neçə mərhələdə qüvvəyə minəcək.

Qanunvericilik paketinin tam şəkildə qüvvəyə minmə müddəti 2026-cı il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək olan dövrü əhatə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki