Exit-poll: "Vahid Rusiya" Dövlət Dumasına seçkilərdə yenə liderdir, 5 partiya baryeri keçir

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) exit-poll məlumatlarına əsasən, "Vahid Rusiya" partiyası doqquzuncu çağırış Dövlət Dumasına seçkilərdə federativ seçki dairəsi üzrə səslərin 49,4%-ni qazanır.

Referans Media xəbər verir ki, seçki məntəqələrindən çıxışda aparılan sorğunun nəticələrinə görə, ikinci yeri 14,2% səslə KPRF tutur. LDPF 10,7%, "Yeni insanlar" 9,7%, "Ədalətli Rusiya" isə 6,6% səs əldə edir.
 

5%-lik baryer: Beləliklə, exit-poll-a əsasən, parlamentə beş partiya daxil olur. Digər iştirakçılar ("Pensiyaçılar Partiyası" 3,3%, "Rusiya Kommunistləri" 2,1%, "Yaşıllar" 1,1%, "Rodina" 1% və Birbaşa Demokratiya Partiyası 0,4%) 5 faizlik həddi keçə bilməyiblər.


Seçkilərin gedişi: Doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri sentyabrın 18-də başlayıb və üç gün davam edərək sentyabrın 20-də başa çatıb. Səsvermədə ümumilikdə on partiya iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki