"Real Madrid" derbidən məğlub ayrıldı - VİDEO

İspaniya La Liqasının 7-ci turunda Madrid derbisi baş tutub.

Referans Media xəbər verir ki, "Atletiko Madrid" "Sivitas Metropolitano" stadionunda "Real Madrid"i qəbul edib.

Matç 2:1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. "Kral klubu" matçın 52-ci dəqiqəsindən azlıqda oynayıb.
 

52-ci dəqiqədə "Real"ın müdafiəçisi Din Huyzen cərimə meydançasında Culiano Simeoneyə qarşı kobud oyuna görə qırmızı vərəqə alıb.


Bir dəqiqə sonra "Atletiko"nun müdafiəçisi Alexandro Qrimaldo penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 59-cu dəqiqədə Conatan Devid meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

"Real" 89-cu dəqiqədə Antonio Rüdigerin qolu ilə fərqi azaltmağa müvəffəq olub.

Bu nəticədən sonra "Atletiko" 16 xalla ikinci, "Real" isə 15 xalla dördüncü pillədə qərarlaşıb.





  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki