Türkiyədə günün şoku – Fənərbaxça rəqibinin üzərindən tank kimi keçdi, 8:0

Türkiyə Super Liqasında günün ən böyük hesabı qeydə alınıb. Fənərbaxça doğma meydanda Eyyubsporu 8:0 hesabı ilə darmadağın edib.

Referans Media  xəbər verir ki, İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçirilən VI tur qarşılaşmasında meydan sahibləri artıq ilk hissədə rəqibin qapısından 5 cavabsız top keçiriblər.

Hesabı 5-ci dəqiqədə penaltidən Mason Qrinvud açıb. Cəmi iki dəqiqə sonra Vedat Muriqi fərqi artırıb. 21-ci dəqiqədə Muriqi yenidən fərqlənərək hesabı 3:0 edib. Matteo Genduzi 38-ci, İrfan Can Kahveci isə 45+1-ci dəqiqədə qol vurub və komandalar fasiləyə 5:0 hesabı ilə yollanıblar.

İkinci hissədə də Fənərbaxça dayanmayıb. Muriqi 47 və 55-ci dəqiqələrdə daha iki dəfə rəqib qapısına yol taparaq matçdakı qollarının sayını 4-ə çatdırıb. Son nöqtəni isə 80-ci dəqiqədə Qrinvud qoyub – 8:0. Beləliklə, Qrinvud qarşılaşmanı dublla tamamlayıb.

Bu qələbədən sonra Fənərbaxça xallarının sayını 10-a çatdırıb. Komanda ilk beş turda cəmi 7 xal toplamışdı.

Qollar: Qrinvud – 5 (pen.), 80; Muriqi – 7, 21, 47, 55; Genduzi – 38; İrfan Can Kahveci – 45+1.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki