Gəncədə küçədə 62 yaşlı kişinin meyiti TAPILDI

  Gəncədə küçədə kişi meyiti tapılıb.

Referans.az xəbər verir ki, Kəlbəcər rayon sakini, 1963-cü il təvəllüdlü X.Bayramovun meyiti yaşadığı əraziyə yaxın yerdə, Gülüstan qəsəbəsində aşkarlanıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki