TƏCİLİ! Bu ölkə müharibəyə HAZIRDIR - Əhaliyə xəbərdarlıq edildi, ərzaq və su...

İngiltərənin müdafiə naziri Wes Streeting Rusiyanın təhdidləri və hibrid hücumlar səbəbindən ölkənin 2030-cu ilə qədər mümkün müharibəyə hazır olmalı olduğunu bildirib. O, İngiltərə və NATO müttəfiqlərinin hazırlıqları başa çatdırmaq üçün təxminən 1000 gününün qaldığını vurğulayıb.

Referans Media xəbər verir ki, Streeting Rusiyanın kəşfiyyat fəaliyyətləri, kibermüharibə və kritik infrastruktura qarşı mümkün təxribatların ciddi təhlükə yaratdığını qeyd edib.

Bununla yanaşı, Britaniya hökuməti əhaliyə mümkün fövqəladə vəziyyətlərə hazır olmaq üçün evlərində ən azı 3 günlük su, uzun müddət saxlanıla bilən ərzaq və zəruri ləvazimatlar ehtiyatı saxlamağı tövsiyə edib. Siyahıya batareyalı radio, fənər və ədyal da daxildir.

Keçmiş Britaniya Baş Qərargah rəisi general Patrick Sanders də dünyadakı təhlükəsizlik vəziyyətinin Soyuq müharibə dövrünü xatırladan həddə çatdığını bildirərək mülki müdafiə və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə çağırıb./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki