Naxçıvan Ali Məclisi sədrinin müavini və əməkdaşları binadan çıxarıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini və bir sıra əməkdaşlarının iş yeri dəyişdirilib.

Referans Media  ANZ.AZ-a istinadən xəbər verir ki, Ali Məclis sədrinin müavini Arzu Abdullayev və qurumun bir sıra əməkdaşları fəaliyyətlərini Nazirlər Kabinetinin binasında davam etdirəcəklər.

Ali Məclisin binasında isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və nümayəndəliyin əməkdaşları, həmçinin Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov və Ali Məclisin bir neçə əməkdaşı fəaliyyət göstərəcək.

Beləliklə, Ali Məclis sədrinin müavinləri fəaliyyətlərini ayrı-ayrı ünvanlarda davam etdirəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki