image-2f5d7fda089c073f0660cdf400d41dc5-10backend

Gəncədə mopedlə minik avtomobili toqquşdu, bir nəfər öldü

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki