image-bay45backend

Bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırma başladı – VİDEO

Bakıda bir gəncin Azərbaycan bayrağına qarşı hörmətsizlik etdiyinə dair görüntülər yayılıb.

Referans Media  xəbər verir ki, görüntülərdən aydın olur ki, gəncin bayrağımıza qarşı aşağılayıcı rəftarı digər gəncin diqqətini çəkir və o, dərhal hörmətsizlik edən gənci bayrağımızı öpməyə məcbur edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki