image-sahzadebackend

ŞOK PLAN: Şahzadəni belə oğurlamaq istəyiblər…

Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Referans Media xəbər verir ki, “Algemeen Dagblad” qəzetinin prokurorluğa istinadən yaydığı məlumata görə, saxlanılan şəxs Haaqa şəhərindən olan 33 yaşlı kişidir.

İstintaqın versiyasına əsasən, cinayət planı hələ fevral ayında hazırlanmağa başlanıb. Axtarış zamanı onun üzərindən üzərində şahzadələrin adları həkk olunmuş iki balta tapılıb.
İş üzrə ilk məhkəmə iclası mayın 4-nə təyin edilib.

Bu, Amaliyanın təhdidlərlə üzləşdiyi ilk hal deyil. 2022-ci ildə ciddi təhlükələr səbəbindən o, Amsterdamdakı tələbə yataqxanasını tərk edərək gücləndirilmiş mühafizə altında saraya qayıtmağa məcbur olmuşdu./konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki