Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı – Nə baş verib?backend

Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı – Nə baş verib?

  Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.

Referans bildirir ki, bu barədə Teleqraf-ın yerli bürosuna sərnişinlərdən biri məlumat verib.

Məlumata görə, saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00-dək təxirə düşüb.

İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib.

İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki