image-infaktbackend

Gəncləri ölümə aparan TƏHLÜKƏ – 35 yaşdan sonra…

Son illərdə ürək xəstəlikləri yalnız yaşlılar üçün deyil, gənclər üçün də ciddi bir təhlükə halına gəlib. Artan iş təzyiqləri, sürətli həyat tempindəki dəyişikliklər və sosial şəbəkələrdən qaynaqlanan psixoloji təsirlər, gənclərin həyat tərzini mənfi şəkildə təsir edib. Hərəkətsiz həyat tərzi, qeyri-düzgün qidalanma vərdişləri və artan stress səviyyələri, gənclərdə ürək-damar xəstəliklərinin yaranmasının əsas səbəblərindən hesab olunur. Ürək xəstəlikləri əvvəlcə yaşlıların problemi kimi görünsə də, mütəxəssislər artıq bu təhlükənin gənclərə də sirayət etdiyini və erkən profilaktik tədbirlərin vacib olduğunu vurğulayırlar.

Gənclər arasında ürək xəstəliklərinin artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Referans-a danışan kardioloq Şəmşir Vəliyev gənclər arasında ürək xəstəliklərinin artmasının qarşısını almaq üçün sağlam həyat tərzi, düzgün qidalanma, fiziki fəallıq və stressin idarə olunması kimi mühüm amillərə diqqət yetirilməli olduğunu deyib.

Onun sözlərinə görə ürək-damar sistemi xəstəlikləri ölkəmizdə qeydə alınan ölüm hallarının başlıca səbəbidir.

“Bu xəstəliklər daha çox yaşlı nəsildə rast gəlinir, amma son zamanlarda gənclərdə də bunu müşahidə edirik. Xüsusilə də 35-45 arasında olan insanlarda geniş rast gəlinir. Bunun kökündə duran əsas amillər zərərli vərdişlərə aiddir. Alkoqol, tütün, elektron siqaret, qəlyan istifadəsi və sair. Ürək- damar xəstəlikləri arasında geniş vüsət alan aretmiyalardır. Bu isə energetik içkilərin istifadəsi ilə bağlıdır. Stresli, oturaq həyat tərzi,  idman, obezite kimi amillər də  bu xəstəliklərə yol açır.

Həm gənclərə, həm də yaşlı nəsilə ürək-damar xəstəliklərinin qarşısını almaq üçün məsələhət görülür ki, həyat tərzi dəyişikliyi edilsin. Gün ərzində ən azı 4-5 km yürüyüş, zərərli vərdişlərdən uzaq durmaq və qida amilinə xüsusi diqqət yetirmək lazımdır”,- deyə o fikrini yekunlaşdırıb.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki