Tacikistanın Xucənd şəhərində güclü külək hava şarını uçurub aparıb və sonra şar bir neçə binanın damına düşüb.
Referans Media Asia-Plus saytına istinadla xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Hadisə 1 iyun axşamı Kamola Xucəndi adına teatrının yaxınlığında baş verib. Şar Beynəlxalq Uşaqlar Günü münasibətilə “Farovon” şirkəti tərəfindən çatdırılıb. Lakin bildirilir ki, bağlar kifayət qədər bərkidilmədiyi üçün külək onu uçurub aparıb.
Xucənd şəhər xəstəxanasındab bildirilib ki, hadisədən sonra iki nəfər gətirilibOnlardan biri 46 yaşlı Özbəkistan vətəndaşı Rüstəm Saidaliyev, digəri 40 yaşlı Xucənd sakini Firuzə Tursunovadır. Saidaliyev hadisə zamanı hava şarının içərisində olub və kabel qırıldıqdan sonra yerə yıxılıb.
Şarın yaxınlığında olan Firuzə Tursunova qırılan kabeldən xəsarət alıb. Onun 11 yaşlı qızı da hadisə yerində olub və yüngül xəsarətlər alıb.
Hava şarının düşməsi iki yaşayış binasının damlarına ziyan vurub.
Qeyd edək ki, əlverişsiz hava şəraitlərində hava şarlarından istifadə etmək təhlükəlidir.///Musavat.com
