Gültəkin Hacıbəyli ölkədən qaçdı backend

Gültəkin Hacıbəyli ölkədən qaçdı 

  Son günlər medianın əsas gündəmi Ramiz Mehdiyevin cinayət işi və onun ətrafında baş verən hadisələrdir.

 
Dünən media Ramiz Mehdiyevlə əlaqəli olan daha iki şəxsin adını açıqladı.Söhbət  AXCP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylidən gedir.

 

Referans xəbər verir ki , Oxu24.com-un özəl mənbədən əldə etdiyi məlumata görə,Ramiz Mehdiyev ətrafında baş verən hadisələrdən  sonra  Gültəkin Hacıbəyli ölkədən qaçıb. Mənbənin verdiyi  məlumata görə, o Türkiyəyə gedib.O,da qeyd olunub ki,Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin həbsi xəbəri yayılarkən,gecə ilə  tələm-tələsik Bakını tərk edib.

Referans.az bildirir ki, Oxu24.com yaxın saatlarda Gültəkin Hacıbəyli və Ramiz Mehdiyevin iş birliyi haqqında sensassion məlumatlar  təqdim edəcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki