Azərbaycan Texniki Universitetinin (AzTU) Maliyyə-mühasibat departamentinin müdiri-baş mühasib vəzifəsini icrası Günel Həsənovaya həvalə olunub.
Referans Media xəbər verir ki, bununla bağlı rektor Vilayət Quliyev müvafiq əmr imzalayıb.
Günel Həsənova ötən il AzTU-nun Maliyyə Mühasibat Departamentinin müdirinin - Baş mühasibin müavini vəzifəsinə təyin olunub.
Bir müddət əvvəl rektorun əmrilə həmin departamentə rəhbərlik də ona həvalə edilib.
G.Həsənova 2023-cü ildən ali təhsil müəssisəsinin mühasibatlıq departamentində çalışır./Yurd.Media/

