Sumqayıtda məşhur restoranda YANĞIN - FOTOLAR

Sumqayıtda yerləşən məşhur "Regnum" restoranında güclü yanğın baş verib. Hadisə obyektin manqal zonasında qeydə alınıb.

Referans Media xəbər verir ki, manqalın bacasında yaranan tüstülənmə və alovlanma qısa müddət ərzində ərazidə narahatlıq yaradıb.

Məlumat daxil dərhal sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun genişlənməsinin qarşısı alınıb və vəziyyət nəzarətə götürülüb./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki