Belqoroda DƏHŞƏTLİ GECƏ HÜCUMU: ölən və yaralananlar var

Ukrayna Silahlı Qüvvələrinin (VSU) Belqorodda həyata keçirdiyi kütləvi hücum nəticəsində xəsarət alanların sayı 14-ə çatıb.

Referans Media xəbər verir ki, bu barədə Rusiyanın Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, yaralılardan səkkizi şəhər xəstəxanalarında müalicə olunur: "Həkimlər onlara lazımi tibbi yardım göstərirlər. Daha altı nəfər ambulator müalicə almağa davam edəcək".

Qubernator həmçinin bir mülki şəxsin ölməsi ilə bağlı yayılan xəbərlərin doğruluğunu təsdiqləyib. Şuvayev onun ailəsinə və yaxınlarına başsağlığı verib.

Məmur onu da əlavə edib ki, hücum nəticəsində 30 çoxmənzilli bina, 35 avtomobil, dörd fərdi ev, üç inzibati bina, səkkiz kommersiya obyekti və üç sosial obyektə ciddi ziyan dəyib.

Xatırladaq ki, 25 oktyabr gecəsi Ukrayna Silahlı Qüvvələri Belqoroda kütləvi hücumlar ediblər. Hücumlarda dronlardan istifadə edilib. Hücumdan sonra bir nəfərin ölməsi, on nəfərin yaralanması barədə xəbərlər yayılmışdı./Publika.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki