“Hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv ediləcək”backend

“Hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv ediləcək”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Fələstinin HƏMAS hərəkatı onun nümayəndələri Qəzza zolağında hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv ediləcək. 

Referans xəbər verir ki, Amerika lideri CNN telekanalına müsahibəsində aparıcının Fələstin anklavında hakimiyyəti saxlamaqda israrlı olsa, radikal təşkilatı nə gözləyir sualına cavabında deyib:

“Tamamilə məhv ediləcək”.  Sentyabrın 29-da Ağ Ev Trampın Qəzzadakı münaqişənin həlli ilə bağlı hərtərəfli planını açıqlayıb. Sənəd 20 bənddən ibarətdir.

O, digər məsələlərlə yanaşı, anklavda müvəqqəti xarici idarəetmənin tətbiqini və orada beynəlxalq qüvvələrin yerləşdirilməsini təmin edir. İsrail bu planla razılaşdığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki