Aprelin son günləri bəzi bürclər üçün heç də asan keçməyəcək. Astroloqlar xəbərdarlıq edir ki, ulduzların düzülüşü gərginlikdən xəbər verir. Xüsusilə şənbə və bazar günləri 3 bürcün nümayəndəsi addımlarına ikiqat diqqət yetirməlidir.
Referans Media həftəsonunun “risk qrupuna” daxil olan bürcləri təqdim edir:
Qoçlar
Qoçlar üçün həftəsonu kifayət qədər emosional keçə bilər. Yaxın ətrafınızla ünsiyyətdə anlaşılmazlıqlar pik həddə çatacaq. Kiçik bir söz böyük bir davanın qığılcımı ola bilər. Maliyyə itkiləri yaşamamaq üçün plansız alış-verişdən uzaq durun.
Xərçənglər
Xərçənglər üçün bu iki gün fiziki yorğunluq və köhnə xəstəliklərin baş qaldırması ilə yadda qala bilər. Enerjinizin tükəndiyini hiss edəcəksiniz. Soyuqdəymə və qida rasionuna qarşı laqeyd olmayın. insanların sıx olduğu yerlərdən qaçın və dincəlməyə üstünlük verin.
Əqrəblər
Əqrəblər üçün həftəsonu “hesablaşma” vaxtıdır. Gizli qalan məsələlərin üzə çıxma ehtimalı var. Bu da partnyorunuzla münasibətləri gərginləşdirə bilər. Emosiyalarınızın sizi idarə etməsinə icazə verməyin. Həftəsonu səfərə çıxmaq planınız varsa, sənədlərinizi və yol təhlükəsizliyini ciddi yoxlayın.























