image-polsa-ordusubackend

Sabiq prezident həyəcan təbili çaldı: Rusiya ilə bağlı qorxunc ssenari

Polşanın keçmiş prezidenti Andjey Duda Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üçün ona qarşı daha sərt sanksiyaların tətbiq edilməsinə çağırıb.

Referans Media xəbər verir ki, o, bu açıqlamanı Kiyevdə keçirilən təhlükəsizlik forumunda verib.

Dudanın sözlərinə görə, məhdudiyyətlər təkcə Rusiyanın iqtisadiyyatını məhv etməməli, həm də onu yüksək texnologiyalı raketlər də daxil olmaqla müasir silahlar almaq imkanından məhrum etməlidir.

O, Moskvaya qarşı sanksiya siyasətinin uzunmüddətli olmalı olduğunu vurğulayıb və Rusiyanın Avropaya enerji təsirini aradan qaldırmaq üçün “Şimal Axını” da daxil olmaqla, Rusiyanın enerji layihələrinin qarşısının alınmasının vacibliyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki