ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Sakit okeanın şərq hissəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı hərbi əməliyyat keçirib. Aprelin 24-də general Frensis L. Donovanın birbaşa əmri ilə hərəkətə keçən “Cənub Nizəsi” (Southern Spear) qrupu narkotacirlərin gəmisinə dəqiq zərbə endirib.
Referans Media xəbər verir ki, əməliyyat nəticəsində narkoticarətdə şübhəli bilinən iki şəxs zərərsizləşdirilib. ABŞ hərbçiləri arasında hər hansı itki və ya yaralanma faktı qeydə alınmayıb.
SOUTHCOM-un bəyanatında bildirilir ki, bu kimi əməliyyatlar regionda narkotik kartellərinin fəaliyyətini məhdudlaşdırmaq və beynəlxalq sularda təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Sakit okeanın bu hissəsi Cənubi Amerikadan Şimali Amerikaya narkotik daşınması üçün əsas marşrutlardan biri hesab olunur və ABŞ ordusu həmin ərazidə patrul xidmətini gücləndirib.























