Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Hərbi xidmətdən yayınan şəxslər barədə qanunvericiliyə uyğun olaraq mərhələli tədbirlər görülür.

Referans Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.

General-mayor bildirib ki, ilk növbədə hərbi xidmətdən yayınan şəxslərin müəyyən edilməsi və tapılması istiqamətində ərazi polis orqanları ilə birgə axtarış tədbirləri həyata keçirilir.
 

Onun sözlərinə görə, həmin şəxslər aşkar edildikdə inzibati məsuliyyətə cəlb olunurlar. Yayınma davam etdiyi halda isə onlar barəsində ölkədən çıxışa, o cümlədən sərhədi keçməyə məhdudiyyət tətbiq edilir.


Mürsəl İbrahimov qeyd edib ki, şəxsin tapılması mümkün olmadıqda materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir.

"Artıq Cinayət Məcəlləsinin 321-ci maddəsinin qeyd hissəsində bununla bağlı dəyişikliklər də öz əksini tapıb", – deyə Dövlət Xidmətinin rəisi vurğulayıb.

O əlavə edib ki, rəhbərlik etdiyi qurum hərbi xidmətdən yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyil və vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki