Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Bakıda 64 yaşlı kişi hərbi xidmətə çağırılıb.

Referans Media “bakuplus.az”a istinadla xəbər verir ki, 1962-ci il təvəllüdlü Fuad İmran oğlu Əliyevin telefonuna hərbi çağırışla bağlı sms gəlib.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, bu, sadəcə texniki yanlışlıqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki