Hibrid maşınların qiyməti bu tarixdən qalxa bilər

Referans bildirir ki, son üç ildə tətbiq olunan bu güzəştlərin uzadılıb-uzadılmayacağı barədə Metbuat.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, həmin güzəştlərin uzadılıb-uzadılmaması növbəti aylarda bəlli olacaq:

Vüqar Bayramov bildirib ki, hal-hazırda bazarda hibrid avtomobillərin vəziyyəti qarışıqdır: Asiyadan gətirilən modellərin satışında durğunluq müşahidə olunsa da, güzəşt müddəti uzadılmasa, avtomobillərin qiymətində artımlar ola bilər:

“Son monitorinqlər göstərir ki, son bir ayda, xüsusən də Asiyadan gətirilən hibrid avtomobillərin satışında durğunluq var və hətta onların qiymətlərində azalmalar müşahidə olunur. Amma əgər güzəşt müddəti uzadılmazsa, bu, ölkəyə idxal edilən avtomobillərin xərcinə və qiymətinə təsir göstərəcək. Ümumiyyətlə, xərc artımları praktik olaraq qiymətə təsirsiz ötüşmür. Xüsusən də Avropadan idxal edilən yeni hibrit avtomobillərin xərc və qiymətində artımlar müşahidə oluna bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki