İçərişəhərin Qala divarlarının İsmailiyyə sarayına bitişik hissəsində bərpa-gücləndirmə işləri aparılacaq.
Referans Media Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq işlər yekunlaşıb.
Belə ki, işlərin həyata keçirilməsi ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında müqavilə imzalanıb.
Müqavilənin ümumi dəyəri 986 min 522 manatdır.
Sözügedən şirkət, həmçinin Qasım bəy hamamının təmir işlərinin birinci mərhələsini də həyata keçirəcək.
Bu işlərə də 490 min 335 manat pul sərf olunacaq.























