image-kreslo-tezebackend

İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

Referans Media xəbər verir ki , bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Ərazi-təşkilat məsələlər sektorunun Baş məsləhətçisi Vüqar Hüseynov vəzifəsindən azad olunub. O, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin edilib.

Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsi isə Həmid Nəsirova gətirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki