Gün ərzində diqqət dağınıqlığı və zehni yorğunluq kimi əlamətlərlə özünü göstərən “beyin sisi”nin əsas səbəblərindən biri susuzluqdur.
Mütəxəssislər bildirir ki, orqanizmdə maye çatışmazlığı diqqət, yaddaş və qərarverməni zəiflədir. Bu səbəbdən gün ərzində orta hesabla 6–8 stəkan maye qəbul etmək tövsiyə olunur.
Qeyd edilir ki, suyun az qəbulu baş ağrısı, halsızlıq və konsentrasiya problemlərinə səbəb ola bilər. Beyin sisinin qarşısını almaq üçün gün boyu kifayət qədər su içmək vacibdir























