image-et-bazarbackend

Ətlə bağlı əhaliyə vacib MƏLUMAT: Alarkən nəyi bilmək lazımdır?

Erkən kəsilən heyvanın əti keyfiyyətsiz olur — Ekspertdən  ÇAĞIRIŞ

Azərbaycanda ət bazarında istehlakçıları narahat edən əsas məsələlərdən biri də heyvanların vaxtından əvvəl kəsimə göndərilməsidir. Bəs erkən kəsim ətin tərkibinə və keyfiyyətinə necə təsir edir? Bu sahədə nəzarət mexanizmləri hansı qurumun öhdəliyindədir?

OReferans Media  xəbər verir ki, qida mütəxəssisi Elsevər Fərzəliyev mövzu ilə bağlı maraqlı məqamlara toxunub. O bildirib ki, ətin keyfiyyətli olması üçün hər bir proses mütləq şəkildə vaxtında icra edilməlidir.

Mütəxəssisin sözlərinə görə, heyvanın kəsim vaxtı onun qidalılıq dəyərini birbaşa müəyyən edən amildir:

“Əgər kəsim vaxtından tezdirsə, deməli, ətin tərkib keyfiyyəti hələ formalaşmayıb. Əksinə, vaxtı ötmüş kəsimdə isə məhsul istehlak yetişkənliyi mərhələsini keçmiş olur ki, bu da müsbət nəticə vermir. Keyfiyyətli məhsul üçün heyvan vaxtında tədarük olunmalı, vaxtında kəsilməli və emal edilməlidir”.

E.Fərzəliyev qeyd edib ki, ölkədə qida məhsullarının, o cümlədən ətin keyfiyyətinə və təhlükəsizliyinə cavabdeh olan əsas qurum Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir (AQTA):

“Ölkədə hazırlanan, xaricə çıxarılan və ya idxal edilən bütün qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsuliyyət birbaşa Agentliyin üzərindədir. “Qida təhlükəsizliyi haqqında” qanunda və Agentliyin müvafiq məcəlləsində bu məsələlər öz əksini tapıb”.

Ekspert həmçinin əlavə edib ki, bir mühəndis kimi emal texnologiyası sahəsindəki çatışmazlıqları şərh edə bilsə də, kəsim prosesinin təşkili və qanunvericilik bazasının icrası kənd təsərrüfatı və nəzarətedici qurumların səlahiyyətinə daxildir./oxu24.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki