İllər sonra bir araya gəldilər - Aygün və Samirdən yeni xəbər

Xalq artisti Aygün Kazımova ötən gün növbəti konsert proqramı ilə səhnəyə çıxıb.

Pop kraliça gecə ərzində tamaşaçılara sürpriz də edib. O, səhnəyə dostu, müğənni Samir Bağırovu dəvət edib.

Aygün Kazımova çıxışı zamanı Samirlə yeni duet üzərində çalışdıqlarını açıqlayıb. Müğənni bildirib ki, yaxın zamanda yeni mahnını dinləyicilərə təqdim edəcəklər.

Onlar səhnədə illər əvvəl oxuduqları "Bir daha" duetini ifa ediblər. /Axşam.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki