Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallardır.
Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı bildirilib.
Telefon danışığında TRİPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.
Ermənistan ərazisində TRİPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.
