image-dualarrrbackend

İmtahanlarda “Şans” axtarışı: Simvollar və dualar nə qədər kömək edir?

Dəfələrlə məktəblərdə, çəkiliş zamanı və ümumiyyətlə cəmiyyətdə belə situasiyalarla qarşılaşırıq ki, imtahanlara girən bəzi şəxslər üzərlərində cadu, Ayətül Kürsi, Qurani-Kərim, bölgələrə xas inanclar və digər simvollar daşıyırlar. Bu günlərdə xüsusilə qızlar arasında populyarlaşan “şans” və “enerji” qolbaqları da bu inancın bir növ təzahürüdür.

 

Maraqlıdır, insanların bu cür sehirli və metafizik inanclara marağı niyə gün keçdikcə artır? Bu inamın psixoloji, sosial və ya real həyatda hansısa təsiri varmı?

 

AzEdu.az-a mövzu ilə bağlı astroloq Sabira Cəfər danışıb.

Onun sözlərinə görə, bir əşya insana uğur gətirə bilməz:

 

“Bütün bu deyilənlər birbaşa inanc sistemi ilə əlaqəlidir. Ümumiyyətlə, inancları Yupiter planeti idarə edir. Uzun müddətdir ki, Balıq bürcündən keçən planetlərin təsiri, xüsusilə 2012-ci ildən etibarən Neptunun Balıq bürcünə keçidi və ardınca Saturnun da Balıq bürcündən keçməsi insanlığın mövcud reallığın bilinməyən tərəflərinə marağını xeyli artırıb.

Bu səbəbdən son 13 ildə insanlar inanclarını daha çox konkret obyektlərə və əşyalara yönəldərək reallığı dəyişdirə biləcəklərinə inanmağa başlayıblar. Bu hal ifrata varmamaq şərti ilə müsbət təsir göstərə bilər. Çünki insan, əslində, inandığını yaşaya bilər”.

 

Bir şeyə inanıb, tutunmaq insana motivasiya və gələcəyə inam verir”, – həmsöhbətimiz qeyd edib  

 

“Ancaq inancı təmsil edən yupiterin aşırılılıq prinsipi də var. Son iki-üç ildə şans qolbağıları, müxtəlif rituallar daha çox artmağa başladı.

 

Fikrimcə, bu günlərdə saturun və neptunun qovuşmasıda mövcud vəziyyətə öz təsirini göstərib. Mən bir astroloq olaraq üzərimizdə daşıdığımız hər hansı bir əşyanın uğur gətirə biləcəyinə inanmıram. Çünki, bir əşya insana uğur gətirə bilməz. Ancaq həmin əşyaya yüklənən məna və düşüncə bəlkə insanı uğurlara yaxınlaşdıra bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki