Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə Referans-a Nazirlər Kabinetindən xəbər verilib.
Avqustun 1-də Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozları”nın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən büdcə-vergi siyasəti, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə ediləcək dəyişikliklər və cari iqtisadi məsələlər.