“Birjalar inanılmaz dərəcədə sakitdir. Normal satış-alış əməliyyatları gedir, neftin və qızılın qiymətləri kəskin qalxmır”.
Bunu iqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli deyib.
O bildirib ki, əslində İsrail-İran müharibəsi birjaları alt-üst etməli idi:
“İlk növbədə nefti, sonra da qızılı kəskin bahalaşdırmalı idi. Ümumiyyətlə, bazar, birja ən dəqiq indikatordur, investorların davranışı analiz üçün ən sağlam istinad nöqtəsidir. Hazırkı vəziyyət onu deməyə imkan verir ki, İsrail-İran qarşıdurması yaxın saatlarda bitəcək. Ya da 1-2 gün çəkə bilər, anlaşma olacaq”.
N.Cəfərli bildirib ki, bundan sonra İran daxilində daha maraqlı proseslərin şahidi olacağıq./
Globalinfo.az