İranın vəziyyəti ağırdır, ölkə viran olub gedir, amma Qafqazın Şeyx-ül-İslamı sanki bundan narahat olmur. Halbuki, ilk növbədə mövqeyini açıq şəkildə bildirməliydi. Onun qulağının dibində din bacı-qardaşları, yurddaşları həlak olur. İranın bir hissəsi Azərbaycan, tam hissəsi müsəlmandır.
Referans Media xəbər verir ki, məsələ siyasi tərəfdən baxanda günahın harada olması mübahisəlidir, amma dini baxımdan hər bir din xadimi qan tökülməsinin qarşısını almaq üçün çağırış etməlidir. Təəssüf ki, Şeyx-ül-İslam bunu etmir. Yəqin nəzir qutularının çoxluğundan vaxt tapa bilmir.
Allahın evlərini kommersiya məntəqəsi kimi idarə edən bu adamın hekayəsi nə vaxt bitəcək, hələ məlum deyil. 1980-ci ildən taxt-tacını əldən vermir. Etdikləri ilə əldə etdiklərini tərəziyə qoysaq, məsələnin harada olduğu açıq görünür.
Onun İran rejiminə rəğbəti məlumdur. Vətən müharibəsində də o, fars-molla rejimini təbliğ edib, demişdi ki, Qarabağı ağayi ayətullah Xamneyinin fətvası ilə almışıq. Amma nədənsə, həmin fətva öz ərazilərində işə yaramadı. İsraillə 12 günlük müharibədə də bu reallığı gördük.
Bəlkə indi Allahşükür Paşazadə müəllim onlar üçün bir fətva verib borcunu qaytarsın. Əks halda, görünür ki, o, yalnız orucluq, qurbanlıq və məhərrəm aylarını İrana uyğun müəyyənləşdirir, amma heç bir əməli dəfələrlə ortaya qoymur. Bir dəfə namaz vaxtı iranlı din xadimini önə buraxmaq savaba yazılmır.
Sima Babayeva.























