image-696508a3089c2696508a3089c31768229027696508a3089c0696508a3089c1backend

Bu məhsullarla bağlı gömrük rüsumları azaldıldı

Gön (iribuynuzlu mal-qara və quzu gönləri, atlar fəsiləsi heyvanlarının gönləri) ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb.

Referans Media xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Əgər 31 dekabr 2025-ci il tarixədək ölkədən ixrac edilən gönlərin hər 1000 kiloqramına 500 ABŞ dolları gömrük rüsumu tətbiq edilibsə, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək tətbiq edilən gömrük rüsumu 250 ABŞ dolları olacaq.

Azərbaycana idxal edilən təzə və qurudulmuş gönlərə tətbiq edilən gömrük rüsumları da 2 dəfə azaldılaraq 1000 kiloqram üçün 150 ABŞ dollarından 75 ABŞ dollarına endirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki