image-qaradag-yolbackend

Vəhabilər Qaradağda qanunsuz məscid tikiblər – FOTO

Bakının Qaradağ rayonunda qanunsuz məscid inşası faktı aşkarlanıb.

Referans Media “Yeni Sabah”a istinadən xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.

Sələfi dini təriqətinə mənsub bir qrup şəxsin adıçəkilən yaşayış məntəqəsində məscid tikintisi apardıqları məlum olub. Bundan sonra müvafiq qurumlar araşdırmalara başlayıblar. Məscidin qanunsuz tikildiyi, bunun üçün heç bir razılıq alınmadığı üzə çıxıb.

Məscidin tikintisi dayandırılıb, fakt aktlaşdırılıb və müvafiq qurumlara göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki