image-xestexana-4backend

Ölüm gözləmir, amma təcili yardım gözlədir: Bakının ortasında 60 dəqiqəlik dəhşət!

HƏR ANIMIZA ŞÜKÜR

Bizim ölkəmiz, millətimiz mənim üçün hər yerdən, hamıdan üstündür. Amma kaş təhsili, səhiyyəsi zamanla bir az ayaqlaşa bilərdi. Bəlkə də düşmənlərimiz düşünülmüş şəkildə bu iki sahənin nizamını pozurlar ki, millətin genefonduna ziyan dəysin.

Bu gün çəkilişdən gələrkən Bakının Yasamal rayonu ərazisində motosiklet sürən bir qızı maşın vurub yerə çırpmışdı. İlkin yardım üçün hər kəs bir tərəfdən şığıyıb gəldi. Hadisəni törədən də, yoldan keçənlər də, biz də xanımın köməyinə yetişdik. Lakin avtomibil zərbəsi alan adama tibbi yardım lazımdı. Təcili tibbi yardıma nə qədər zəng vurulsa da xəttin o başında telefona yaxın duran yox idi. Polis nəfəri də həkim axtarışında idi. Təcili yardıma zəngləri cavabsız qalırdı. Tam bir saat tibbi briqada gözlədik.

Nəhayət təcili tibbi yardım maşını gəlib çatdı. Həkim deyir, 103 xidməti sifarişi götürsə də məntəqələrə informasiyanı gec ötürür. Ona görə də belə hallar baş verir. Bəs əsl günahkar kimdir? Əgər nəzarətedici dövlət orqanları yaradılıbsa, onda niyə məsuliyyət daşımırlar? Nə vaxta kimi vətəndaşlar səhlənkar, laqeyd, ehtiyatsız adamların yarıtmazlığının, əliəyeiliyinin qurbanı olacaqlar?

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki