image-iran-partlayisbackend

İrana qarşı ən böyük hücum elan edildi

ABŞ-ın hərbi naziri Pit Heqset münaqişə başlayandan bəri İrana endirilən “ən böyük həcmli zərbələr”i elan edib.

Referans Media xəbər verir ki, o, bu açıqlamanı Ağ Evdə keçirilən brifinq zamanı verib.

Onun sözlərinə görə, 6 aprel Bazar ertəsi günü Amerika ordusu əməliyyatın başlanğıcından bəri ən böyük zərbəsini endirəcək və çərşənbə axşamı bu rəqəm daha da artacaq.

O, müvafiq əmri ABŞ prezidenti Donald Trampdan aldığını dəqiqləşdirib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki