image-iran-167778384062d1backend

İranda ölənlərin sayı 1332 nəfərə çatdı

ABŞ və İsrailin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 1 332 nəfərə çatıb.

Referans Media xəbər verir ki, bu barədə İran Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, hədəfə alınan obyektlərin ən azı 105-i mülki təsisat olub. Onların arasında 14 tibb mərkəzi və Qırmızı Ayparaya məxsus 7 bina olub.
Qeyd edilib ki, davam edən əməliyyatlar zamanı ən azı 174 yaşayış məntəqəsi zərbəyə məruz qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki