image-teyyarebackend

İrəvandan Bakıya neçə uçuş olub? – Nazirlikdən açıqlama

2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi yerinə yetirilib.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi yazılı məlumat yayıb.

“Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin rəsmiləri olub”, – nazirlik açıqlayıb.

Qeyd olunub ki, dövlət reyslərinin həyata keçirilməsinə icazə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilir./Yenisabah.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki