Kafedəki qətllə bağlı həbs olunanlar var

Bakının Xətai rayonunda yerləşən “Abu-Hava Green Tone” ailəvi restoranında baş verən və ölümlə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan “Emin Sabunçu” kimi tanınan şəxs və Elmar Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Referans Media xəbər verir ki, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri tətbiq olunub.

Qeyd edək ki, hadisə zamanı kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan şəxs qətlə yetirilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki