Epilepsiya xəstəliyindən əziyyət çəkən anasının əlillik statusunun bərpa olunmadığını iddia edən vətəndaş sosial şəbəkələrdə videomüraciət yayımlayıb.
Referans Media xəbər verir ki, vətəndaş müraciətində anası Məmmədova Yeganə Məhəmməd qızının əlilliyinin bərpası məsələsini gündəmə gətirib.
O, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyinə və həkim-məsləhət komissiyasının sədri Mətanət adlı şəxsə müraciət edərək məsələyə aydınlıq gətirilməsini istəyib.
Şikayətçi anasının əlilliyinin indiyədək nə üçün bərpa edilmədiyini sual edib və problemin həllinə çağırış edib.
Vətəndaşın sosial şəbəkələrdə paylaşdığı görüntülər müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələki məlum deyil./NOCOMMENT.az/
