image-kreditlerrrbackend

Kredit tarixçəsi pis olan vətəndaşlara sevindirici xəbər: Bu müddətdən sonra…

Son illər bank olmayan kredit təşkilatlarından (BOKT) kredit götürən vətəndaşların bir qismi gecikmə halları səbəbindən sonradan banklardan kredit ala bilmədiklərini bildirirlər. Hətta borc tam ödənilsə belə, mənfi kredit tarixçəsi uzun müddət bankların risk qiymətləndirməsində əsas faktor kimi qalır. Bu isə vətəndaşlarda haqlı narazılıq yaradır.

Maraqlıdır, gecikmə ilə bağlı mənfi qeydlər kredit tarixçəsində nə qədər müddət qalır və kredit tarixçəsi hansı halda normallaşır?

Referans Media xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bank olmayan kredit təşkilatlarına (BOKT) olan ödənişləri gecikdirən vətəndaşların məlumatı kredit bürosuna göndərilir və bu məlumat dərhal kredit tarixçəsində əks olunur:

“Gecikmə bir gün belə olsa, bu fakt qeyd olunur və kredit tarixçəsində mənfi təsir yaradır. Nəticədə vətəndaş banklara müraciət etdikdə, banklar onun kredit tarixçəsini nəzərdən keçirir və buna uyğun qərar qəbul edirlər. Bəzi hallarda vətəndaşlara yalnız kiçik məbləğdə kredit verilir, bəzən isə bank tamamilə kredit verməkdən imtina edir. Bu, bankın öz daxili risk qiymətləndirməsindən asılıdır”.

Ekspert qeyd edib ki, gecikmə ilə bağlı mənfi qeydlər avtomatik olaraq uzun müddət qalır.

“Amma normalda belə şəxslər üçün kredit tarixçəsi 4–5 ay ərzində normallaşır və bu müddətdən sonra vətəndaş banklara daha rahat müraciət edə bilər. Vətəndaşlar kredit tarixçələrini daim izləməli və gecikmələr yaranarsa, onları mümkün qədər tez həll etməlidirlər ki, gələcəkdə kredit müraciətlərində problem yaranmasın. Bu, vətəndaşlar üçün kredit bazarında davranış qaydalarını və maliyyə intizamını qorumağın nə qədər vacib olduğunu bir daha göstərir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki