image-b378fabb4eeb599b792dee3d08ab2158backend

Lukaşenkodan şok bəyanat: Rusiya Zelenskinin iqamətgahını vura bilər

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin iqamətgahına zərbə endirmək üçün bütün hərbi-texniki imkanlara sahibdir.

Referans Media xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, Moskvanın bu cür potensiala malik olması hərbi baxımdan sirr deyil və Rusiya istəsə, belə bir zərbəni həyata keçirə bilər. O, bu açıqlamanı regionda artan gərginlik və liderlərin təhlükəsizliyi ilə bağlı müzakirələr fonunda səsləndirib.

Belarus lideri konkret zərbə planlarından danışmayıb, lakin bildirib ki, müasir müharibə şəraitində yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları vasitəsilə istənilən strateji obyektə çatmaq mümkündür.

Rəsmi Kiyev və Moskva Lukaşenkonun sözlərinə hələlik münasibət bildirməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki