image-maduro-oglubackend

Maduronun oğlu danışdı: “Valideynlərimdən ilk mesajı aldım, yazıblar ki…”

Venesuelanın qaçırılan prezidenti Nikolas Maduronun oğlu Nikolas Maduro Qerra valideynlərindən – hazırda Nyu-Yorkda nəzarət altında saxlanılan Nikolas Maduro və Siliya Floresdən şəxsi mesaj aldığını açıqlayıb.

Onun sözlərinə görə, mesaj çərşənbə axşamı göndərilib və ruhlandırıcı məzmun daşıyıb. Maduro ailəsinin verdiyi məlumata əsasən, mövcud vəziyyətə baxmayaraq, onlar sakitliklərini və daxili möhkəmliklərini qoruyurlar.

“Biz yaxşıyıq, biz döyüşçüyük”, – Nikolas Maduro Qerra atasının sözlərini belə çatdırıb.

Referans Media  xəbər verir ki, müraciətdə Nikolas Maduro və Siliya Flores vurğulayıblar ki, “möhkəm və güclü” qalmaqda davam edirlər, Allaha və Venesuela xalqına olan inanclarını itirməyiblər. Onlar eyni zamanda ölkənin mövcud çətinliklərin öhdəsindən gələ biləcəyinə əmin olduqlarını bildiriblər. Mesajda xüsusilə müvəqqəti dövlət başçısı vəzifəsini icra edən Delsi Rodrigesə və hazırda ölkə idarəçiliyini həyata keçirən komandaya etimad ifadə olunub.

Siyasi müşahidəçilər hesab edirlər ki, bu mesaj yalnız hakimiyyət tərəfdarlarına mənəvi dəstək məqsədi daşımır. Eyni zamanda, Venesuela rəhbərliyinə qarşı artan beynəlxalq təzyiqlər və səs-küylü proseslər fonunda hakim komandanın siyasi dayanıqlığını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir. Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki