“Mətanət Əsədovanın prodüseri mənəm”

Əməkdar artist Vasif Məhərrəmli müğənni Mətanət Əsədova ilə bağlı etiraf edib. 

Referans Media xəbər verir ki, sənətçi “Qonaqcanlı” verilişində həmkarının prodüseri olduğunu deyib. O bildirib ki, bundan sonra M.Əsədovaya prodüser kimi dəstək göstərəcək:

“Neçə vaxtdır prodüseri mənəm. Verilişlərə çıxanda biz komanda şəklində çalışırıq. Biz bir yerdə mövzunu müzakirə edirik”.

M.Əsədova daha sonra ad günündə və proqramda geyindiyi çəhrayı kostyumu ona Vasifin aldığını bildirib. //axşam.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki