Moskvada, Kudrinskaya meydanındakı stalinizm dövrünə aid hündürmərtəbəli binanın yaxınlığında partlayış baş verib.
Referans Media xəbər verir ki, "112" və "Mash" Teleqram kanallarının yaydığı məlumata görə, hadisə "Barrikadnaya" metrosunun yaxınlığındakı “Balzi Rossi” restoranında qeydə alınıb.
"Aviasiyaçılar evi" kimi tanınan binanın ətrafına çoxlu sayda polis və təcili yardım maşınları cəlb olunub.
İlkin məlumatlara görə, hadisə zamanı 16 nəfərin yaralandığı, bir nəfərin isə öldüyü bildirilir.
