İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Fələstinin radikal HƏMAS hərəkatının silah saxladığı iddia edilən Qəzzadakı beş silah anbarına zərbələr endirilib. 

Referans Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) "Telegram" kanalında məlumat yayıb. 

Pres-relizə əsasən, hücum avqustun 1-nə keçən gecə baş verib. Anbarlarda Kalaşnikov avtomatları, partlayıcı qurğular, tankəleyhinə qumbaraatanlar, döyüş sursatları və əlavə hərbi təchizat saxlanılıb.
 

SAXAL-ın qənaətinə görə, bu silahlar İsrail ilə HƏMAS arasında Qəzzadakı nəzarət zonasını ayıran "sarı xətt" rayonundakı hərbçilərə və dinc sakinlərə zərbələr endirmək üçün nəzərdə tutulub.


Ölkənin Müdafiə Ordusunun məlumatına görə, hərəkat üzvləri Dair əl-Balah şəhərindəki xəstəxanadan sığınacaq kimi istifadə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki